"Formula-1" yarışları üçün Bakıda xüsusi asfalt qatı salınacaq


2016-cı ildə Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışları üçün şəhərin küçələrinə xüsusi asfalt qatı salınacaq.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, asfalt örtüyünün dəyişdirilməsinə gələn ilin mart-aprel aylarında başlanacaq. Yarışın təşkili ilə bağlı xüsusi heyət yaradılır. Yaxın günlərdə Azadlıq meydanında yarışla bağlı ikimərtəbəli bina tikiləcək. Bundan əlavə, komandalar, maşınların gəlməsi və yerləşməsi, həmçinin texniki servis məsələləri istiqamətində işlər plana uyğun aparılır.

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR