“Formula 1” Avropa Qran Prisi yarışması ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının yerlərə təyin olunmuş briqadaları növbəli şəkildə işləyir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev deyib. O qeyd edib ki, ümumilikdə 42 tibbi briqada tapşırıq üzrə fəaliyyət göstərir.
“12 briqada trasda idmançılara xidmət göstərir. Tamaşaçılar üçün 15 briqada nəzərdə tutulub ki, onlardan 6-sı tibbi maşınlarda, 9-u nəzərdə tutulan tibbi məntəqələrdədir”.
R.Nağıyev vurğulayıb ki, qapalı iki zonanın hər birində 3 briqada xidmət aparacaq. Bunlar da əhali üçündür
“Metropolitenin müraciətinə görə, iki birqada "Sahil", "İçərişəhər" metrostansiyaları ətrafında növbətçilik çəkir. Bundan əlavə bir birqada da Olimpiya kəndində dayanıb”.