""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"

  • İDMAN

"Azərbaycan Formula 1 yarışının keçirilməsi üçün 10 illik müqavilə bağlayıb. Yarışlar 5 il keçirilməlidir".


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır.

A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilati xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR