"Formula 1" yarışı bakılılara pul qazandıracaq


Bakıda "Formula 1" zamanı yarışın keçirildiyi şosenin ətrafında yerləşən mənzillərin sakinləri öz eyvanlarını yarışmaya tamaşa etmək istəyənlərə icarəyə verə bilərlər.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bununla bağlı heç bir məhdudiyyət yoxdur və qanunda buna hər hansı qadağa qoyulmur: "Şəxsən mən Monakoda "Formula 1" Avropa Qran-prisini eyvandan izləmişəm".

A.Rəhimov əlavə edib ki, gələcəkdə Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi ilə əlaqədar şəhər sakinləri belə icarə ilə əlavə maliyyə vəsaiti qazana bilərlər.

Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR