Bu gün "Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürüb.
"Report” xəbər verir ki, yeni mövsüm Avstraliyanın Melburn şəhərindəki "Albert Park” trasında başlayıb. Artıq yarışda ilk sərbsət yürüşə yekun vurulub. Burada ən yaxşı nəticəni Almaniyanın "Mercedes” komandasının pilotu Lüis Hemilton göstərib – 1.,23,599. "Üçlüy”ü İtaliya "Ferrari”sinin sürücüləri qapayıb. Sebastyan Fettel (+0,038) ikinci, Şarl Lekler üçüncü olub (+0,074).
Bu gün daha bir sərbəst yürüş baş tutacaq. Martın 16-da əvvəlcə 3-cü sərbəst yürüş, ardınca sıralama turu olacaq. Yarış martın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 09:10-da start götürəcək.
2019-cu il mövsümünün sifariş vərəqi
№ | Pilot | Komanda | Bolid |
44 | Lüis Hemilton | Mercedes AMG Petronas Motorsport | Mercedes |
77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | Mercedes |
5 | Sebastyan Fettel | Scuderia Ferrari Mission Winnow | Ferrari |
16 | Şarl Lekler | Scuderia Ferrari Mission Winnow | Ferrari |
33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | Red Bull Racing-Honda |
10 | Pyer Qasli | Aston Martin Red Bull Racing | Red Bull Racing-Honda |
3 | Daniel Rikkardo | Renault F1 Team | Renault |
27 | Niko Hülkenberq | Renault F1 Team | Renault |
8 | Romen Qrojan | Rich Energy Haas F1 Team | Haas-Ferrari |
20 | Kevin Maqnussen | Rich Energy Haas F1 Team | Haas-Ferrari |
55 | Karlos Sayns | McLaren F1 Team | McLaren-Renault |
4 | Landro Norris | McLaren F1 Team | McLaren-Renault |
11 | Serxio Peres | Racing Point F1 Team | Racing Point-Mercedes |
18 | Lens Stroll | Racing Point F1 Team | Racing Point-Mercedes |
7 | Kimi Raykkonen | Alfa Romeo Racing | Alfa Romeo Racing-Ferrari |
99 | Antonio Covinatsi | Alfa Romeo Racing | Alfa Romeo Racing-Ferrari |
26 | Daniil Kvyat | Red Bull Toro Rosso Honda | Scuderia Toro Rosso-Honda |
23 | Aleksandr Albon | Red Bull Toro Rosso Honda | Scuderia Toro Rosso-Honda |
63 | Corc Rassel | Williams Racing | Williams-Mercedes |
88 | Robert Kubitsa | Williams Racing | Williams-Mercedes |
Qeyd edək ki, mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.