"Formula 1" rəhbərliyi daha 3 ölkədəki yarışı ləğv edə bilər


"Formula 1" üzrə daha 3 Qran-pri ləğv oluna bilər. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə  "Mercedes"in icraçı direktoru Toto Volf jurnalistlərə açıqlamasında bildirib. O, Amerika qitəsindəki bəzi yarışların ləğv oluna biləcəyini vurğulayıb.
Volf oktyabr - noyabr üçün planlaşdırılan ABŞ, Meksika və Braziliyadakı yarışların təhlükə altında olduğunu söyləyib: "Hazırda bu ölkələrə gedə bilmərik. "Formula 1"in icraçı direktoru Çeyz Keri heç bir qapını bağlamaq istəmir. Ancaq düşünürəm ki, həmin ölkələrə getməyəcəyik".
Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq. 
"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.
Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR