"Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb.
"Report” "YouTube”da yer alan "F1 WeekEnd” kanalına istinadən xəbər verir ki, Almaniyanın "Mercedes” komandasını təmsil edən Lüis Hemilton ən ödənişli pilot ünvanını qoruyub. Britaniyalının illik maaşı 57 milyon dollar təşkil edəcək.
İkinci sırada İtaliya "Ferrari”sinin sürücüsü Sebastyan Fettel qərarlaşıb. Almaniyalı idmançının qazancı 45 milyon dollar olacaq. "Üçlüy”ü Fransanın "Renault” komandasının pilotu Daniel Rikkardo qapayır. Avstraliyalı sürücü 17 milyon dollar məvacib alacaq.
"Formula 1” pilotlarının mövsümlük maaşları (dollar)
1. Lüis Hemilton ("Mercedes”) – 57 milyon
2. Sebastyan Fettel ("Ferrari”) – 45 milyon
3. Daniel Rikkardo ("Renault”) – 17 milyon
4. Maks Ferstappen ("Red Bull”) – 13,5 milyon
5. Valtteri Bottas ("Mercedes”) – 8,5 milyon
6. Kimi Raykkonen ("Sauber”) – 4,5 milyon
7. Niko Hülkenberq ("Renault”) – 4,5 milyon
8. Karlos Sayns ("McLaren”) – 4 milyon
9. Şarl Lekler ("Ferrari”) – 3,5 milyon
10. Serxio Peres ("Racing Point”) – 3,5 milyon
11. Roman Qrojan ("Haas”) – 1,8 milyon
12. Pyer Qasli ("Red Bull”) – 1,4 milyon
13. Lens Stroll ("Racing Point”) – 1,2 milyon
14. Kevin Maqnussen ("Haas”) – 1,2 milyon
15. Robert Kubitsa ("Williams”) – 570 min
16. Daniil Kvyat ("Toro Rosso”) – 300 min
17. Lando Norris ("McLaren”) – 260 min
18. Antonio Covinatsi ("Sauber”) – 230 min
19. Corc Rassell ("Williams”) – 180 min
20. Aleksandr Albon ("Toro Rosso”) – 170 min
Qeyd edək ki, "Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı "Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26-28 apreli əhatə edəcək.
Xəbər 425 dəfə oxunub.