Formula 1-in Bakı şəhər trasında dəyişiklik edildi

Formula 1-in Bakı şəhər trasında dəyişiklik edildi

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Bakıda "Formula 1" yürüşlərinin ilk günündə iki sərbəst praktikanın yekunu üzrə şəhər trasında kiçik dəyişiklik edib.
 
Belə ki, 6-cı və 12-ci döngələrdə porebriklər götürülüb, onların yerinə rənglənmiş işarələr qoyulub.
 
Bundan başqa, pit-leynə girişdə işarənin yeri və uzunluğu dəyişdirilib. Pilotlar həmin işarəni görməkdə çətinlik çəkdiklərini bildirmişdilər.
 
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
 
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. (Trend)
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR