Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda iyunun 23-dən 25-nə kimi keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı tədbirlər planı hazırlanır.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayevin sözlərinə görə, həmin müddətdə nazirlik tərəfindən mədəni tədbirlər təşkil ediləcək:
"Bizim müəssisələr çalışacaqlar. Lakin düşünürəm ki, maraq kəsb edən tədbirlər Formula 1-in özündədir. Həmin ərəfədə Dənizkənarı Milli Parkda təşkil olunacaq konsert proqramına gələcək xarici sənətçilərə maraq daha çox olacaq. Bu da öz növbəsində, ölkəyə gələcək turist sayının artımına öz təsirini göstərəcək". (trend)
Aktual.az
Xəbər 666 dəfə oxunub.