"Formula 1" günü hava necə olacaq? - Proqnoz


İyunun 17-də Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-prisi günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki,“Formula 1” yarışının keçiriləcəyi günə olan hava proqnozu haqqında məlumat iyunun 16-da tam dəqiqləşəcək.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR