Formula 1 Əyləncə Zonasında "Yarışa 1 ay qaldı" tədbiri keçiriləcək

Formula 1 Əyləncə Zonasında

Dənizkənarı Bulvarda yerləşən Formula 1 Əyləncə Zonasında mayın 21-də "Yarışa 1 ay qaldı" tədbiri keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa Qran Prisinin elçilərindən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva, Formula 1 üzrə idman şərhçisi Rəhim Əliyev və Bakı Marşal Klubunun (BMK) ulduz elçisi, əməkdar artist Murad Dadaşov iştirak edəcək.

Aktual.az bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, tədbir zamanı Formula 1 Avropa Qran Prisinin elçiləri sevənləri ilə görüş keçirəcək.

Bununla yanaşı, Avropa Qran Prisinin ulduz elçisi Tünzalə Ağayeva Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına həsr etdiyi mahnını tədbir zamanı ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, tədbirdən əvvəl Red Bull şirkəti tərəfindən mini trek yarışı keçiriləcək. Yarışın sonunda isə qaliblərin mükafatlandırma mərasimi olacaq.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR