Keçən il olduğu kimi bu il də ölkəmizdə baş tutan Qran Pridə yüksək sürətlər qeydə alınıb.
Aktual.az f-1.az-a istinadən xəbər verir ki, bu il texniki reqlamentdə olan ciddi dəyişikliklər üzündən ölkəmizdə baş tutacaq Qran Pridə ötən ilki nəticələrin yaxşılaşdırılması gözlənilmirdi. Xatırladırıq ki, keçən il ölkəmizdə baş tutan ilk milli Qran Prinin sıralanma turunda Williams komandasının sürücüsü Valtteri Bottasın göstərdiyi 366.1 km/saat sürət uzun müddət (Meksika Qran Prisinədək) mövsümün rekordu qalmışdı. Keçənilki yarışda Lyuis Həmilton Neftçilər prospektindəki uzun düzlükdə 364.4 km/saat sürət yığa bilmişdi.
Keçənilki nəticələrə görə Bakı Şəhər Halqası hələ də ən sürətli şəhər trası statusunu saxlamaqdadır.
Arxada qalan 8 yarışdan sonra Bakıda göstərilən sürətlər yeni maşınlar arasında rekord olub. Yarışda qələbə qazanan Daniel Rikkardo bir gün əvvəl sıralanma turunun son sessiyasında qəza etsə də, bundan bir qədər əvvəl onun RB13-ü düzlükdə 356.3 km/saat sürət yığa bilib. Yarışın gedişində isə ən sürətli sürücü Valtteri Bottas olub – son metrlərdə ikinciliyə yüksəlməyi bacaran finlandiyalı sürücü bu il 354.4 km/saat sürətlə kifayətlənməli olub.
Aktual.az
Xəbər 435 dəfə oxunub.