Formula 1 Azərbaycan Qran Prisində satışa çıxarılan 30 min biletin hamısı satılıb.
Aktual.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, bu dəfə xarici vətəndaşlar tərəfindən alınan biletlərin sayı ötən illə müqayisədə iki dəfə çox idi.
Onun sözlərinə görə, tribunalar 97 faiz dolub: "16 sektordan 6-sı tam dolu idi, qalanları isə 97 faiz dolu idi".
N.Arpadarai əlavə edib ki, ümumilikdə həm yarışlarda, həm də konsert proqramlarında 71 mindən artıq tamaşaçı iştirak edib. Bu da keçən illə müqayisədə 30 faizdən çoxdur. Şöbə rəhbəri vurğulayıb ki, yarışlardan gözləntilər özünü doğruldub: "Həm yarışın təşkilatçılığı, həm tamaşaçıların iştirakı, həm də xarici qonaqların gəlişi ilə bağlı gözləntilərimiz özünü doğrultdu, xarici vətəndaşlar yarışa böyük maraq göstərdi".
Xəbər 433 dəfə oxunub.