Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı

Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı

Aprelin 27-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış gününə start verilir.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu günün proqramında Formula 2 bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı var.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu keçiriləcək.

Həmçinin "Alfa Romeo" və "Mercedes" komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.

Azarkeş zonasının qapıları açılır 10:00 Bütün əyləncə zonası
F2™ pilotlarının paradı 10:20 Trekdə 10:50
Avtoqraf sessiyası - Alfa Romeo 12:00 F1® azarkeş zonası 12:20
F2™ birinci yarış 12:00 Trekdə 13:05
Avtoqraf sessiyası - Mercedes 12:20 F1® azarkeş zonası 12:40
F1® üçüncü sərbəst yürüş 14:00 Trekdə 15:00
Sual-cavab sessiyası 15:30 F1® azarkeş zonası 16:00
F1® sıralama turu 17:00 Trekdə 18:00
Crystal Hall-ın qapıları açılır 18:30 Crystal Hall
DJ Mendoza 19:30 Crystal Hall
Trekin qapıları açılır 19:30 Trekdə
Rilaya konserti 20:20 Crystal Hall
Jessie J konserti 21:00 Crystal Hall
Azarkeş zonasının qapıları bağlanır 22:00 Bütün əyləncə zonası
Crystall Hall-un qapıları bağlanır 23:30 Crystal Hall

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır.

2016-cı ildə "Williams" komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR