"Forbes" dünyanın ən varlı idmançılarının adlarını açıqladı

  • İDMAN

"Forbes" nəşrinin açıqladığı bütün dövrlərin ən varlı idmançılarının siyahısında amerikalı basketbolçu Maykl Cordan birinci olub. 

"Report” "İnterfax"a istinadən xəbər verir ki, reytinqə əsasən, amerikalı idmançı karyerası dövründə 1,85 mlrd. ABŞ dolları qazanıb.
M.Cordan Milli Basketbol Assosiasiyasının əfsanəvi oyunçusu hesab olunur. İdmançı "Çikaqo Bullz” (1984-1993, 1995-1998), "Vaşinqton Uizards” (2001-2003) komandalarında çıxış edib. O, ikiqat olimpiya çempionudur.
Reytinqdə qolfçu Tayqer Vuds ikinci (1,7 mlrd. dollar), Arnold Palmer isə üçüncü (1,4 mlrd. dollar) olub.
Futbolçular arasında ən varlı 800 mln. dollar gəliri ilə İngiltərə yığmasının eks-futbolçusu Devid Bekhem seçilib və o, siyahıda beşinci olub. Portuqaliyalı futbolçu Kriştiano Ronaldu isə reytinqdə 12-ci (725 mln. dollar), argentinalı futbolçu Lionel Messi 16-cı (600 mln. dollar) yerdə qərarlaşıb.
Qeyd edək ki, ümumi siyahıda cəmi 25 nəfər idmançı yer alıb. 
 
Aktual.az
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR