Flora Kərimova vəsiyyətini etdi

Flora Kərimova vəsiyyətini etdi

Xalq artisti Flora Kərimova qızı Zümrüdə vəsiyyətini edib.

Gecce.az xəbər verir ki, qızının onun başını aşağı eləmədiyini deyən xalq artisti bu barədə "Günəbaxan" verlişində danışıb:

"Məndən övladlarıma xoş xasiyyət, şirin dil, insanlara biganə olmamaq qalacaq. Övladlarımdan utanmıram.Onlar məni rəzil etməyiblər. Əgər ailənin tərbiyəsinin nə dərəcədə olduğunu öyrənmək istəyirsinizsə, onun övladlarına nəzər yetirin. Mənə bu həytda anam örnək olub. Anam mənə yoxluğunu öyrətdi. Ona görə valideyinlərim dünyasını dəyişəndə kürəyim yanırdı. Eyni ruhda mən övladlarımı böyütmüşəm. Mənim sözçüm övladlarımdır,amma mahnı insanlar üçün yazılır. Xalqa məxsusdur. Mahnılarımı oxuyanda məndən və ya varislərimdən icazə almağı böyük problem etməsinlər. Əgər mahnı artıq səslənibsə, onu qəfəsə salmaq böyük cinayətdir. Övladlarıma da tövsiyə edirəm ki, mənim ölümümdən sonra heç vaxt deməsinlər ki, mahnıları bizdən istəyin. Bilirəm ki, elə etməzlər, çünki o tərbiyənin sahibi deyillər. Bu mahnılar xalqındır.

Flora xanım efirdə yanında əyləşən qızına çevrilib bunu qeyd etdi: "Qızım sənə vəsiyyət edirəm ki, bu mahnılar, xalqındır, elindir, obanındır".

// Aktual.az

Xəbər 6619 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR