Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var.
Aktual.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova Həmid Həmidovun yutub kanalına verdiyi müsahibəsində deyib. Əfsanəvi sənətkar aparıcının "Röya ilə aranızda qalmaqal varmı?" sualına belə cavab verib:
"Röya ilə nə konfliktim ola bilər ki? Bir qadın kimi ona, sadəcə, arzularım ola bilər ki, özünü belə aparmasın. Populyarlaşmaq üçün o, düz yol seçməyib. Bu yaxınlarda eşitdim ki, artıq heç kimlə qalmaqal etməyəcəyini deyib. Səbəb kimi oğul böyütdüyünü göstərib. Bəs illərdir ki, mən elə bunu demirdimmi?Onun sonuncu hərəkəti məni çilədən çıxartdı. Guya ki, mən kiminsə acığına onunla münasibətlərimi korlamışam. Bu, elə həyasızcasına deyilmiş yalan idi ki, susa bilməzdim. Röya deyirdi ki, guya onunla özümə piar üçün etmişəm. Ay qızım, ay nəvəm, ay sənə qurban olum, mənə bu yaşda nə piar?"
Xatırladaq ki, bir neçə ay əvvəl Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt etmişdi. Tərəflər biri-birinə ağır ittihamlar səsləndirmişdi. F.Kərimova Röya haqqında geniş tənqidi köşə yazmışdı.(publika.az)
Aktual.az
Xəbər 1240 dəfə oxunub.