Fizuli Ələkbərov deputat olmaq istəyir – ÖZƏL

Fizuli Ələkbərov deputat olmaq istəyir  – ÖZƏL

Parlament seçkilərinə rəsmi olaraq start verilsə də, əksər namizədlər hələki öz namizədliyini irəli sürməyib. Onlar Yeni Azərbaycan Partiyasının namizədlər siyahını gözləyərək, məhz bundan sonra qərar vermək niyyətindədirlər.

Aktual.az-a daxil olan məlumata görə, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “İmproteks” Şirkətlər Qrupunun prezidenti  Fizuli Ələkbərov qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindədir.

Əldə etdiyimiz məlumata görə, sabiq nazir paytaxt dairələrindən birindən namizəd olmaq niyyətindədir:

“Keçmiş nazirin hansı dairədən namizəd olacağı təxminən bəllidir. Əsas ehtimal 34 saylı ikinci Xətai seçki dairəsidir. Amma qəti qərar yoxdur”.

Məlumata görə, F.Ələkbərov bu yolla öz nüfuzunu bərpa etmək və toxunulmazlıq statusu əldə etmək istəyir:

“İsmayıllı olaylarından sonra işdən çıxarılan sabiq nazirin bu qərarına birmənalı münasibət olmasa da, müəyyən dairələr Fizuli Ələkbərovun namizəd olmasında israrlıdır”.

Aktual.az məsələyə aydınlıq gətirmək üçün Fizuli Ələkbərovun özü ilə əlaqə saxlamağa çalışsa da, sabiq nazirlə əlaqə yarada bilməyib.

Adnan/Aktual.az

Xəbər 5628 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR