Fizika ölümdən sonrakı həyatın varlığını sübut etdi

Fizika ölümdən sonrakı həyatın varlığını sübut etdi

İnsan ölmür, o əslində…..

Şimali Korolina Tibb Universitetinin professoru Robert Lants iddia edir ki, biosentriz nəzəriyyəsinə əsasən ölüm yalnız illüziyadan ibarətdir. İnsan öldükdən sonra paralel aləmə daxil olur.

Aktual.az-ın bizimyol.biz-ə istinadən məlumatına görə, araşdırmaçı alim bəyan edir ki, insanın həyatıçoxillikbitkinin həyatına bənzəyir, yəni o, dönə-dönə həyata qayıdır. Bu insanın multikainat anlayışını dərk edə bilməsi üçün vacibdir.Ətrafda gördüyümüz hər şey əslində şüurumuzun məhsuludur. Robert Lantsın nəzəriyyəsinə görə insam ölümə ona  görə inanır ki, bizi uşaqlıqdan buna belə öyrədirlər, təlqin edirlər və bu nəsillər boyu bu şəkildə davam etdiyi üçün biz bunu belə dərk edirik. Şüur həyatı daxili orqanların fəaliyyət göstərməsi ilə assosasiya edir. Həyatın sona çatması paralel dünyaya keçid deməkdir.

Fizika elmində aləmlərin müxtəlif situasiya və insanlarla variasiyası barədə nəzəriyyə çoxdan mövcuddur. Baş vermiş hər şey hazırda başqa paralel aləmdə  baş verməkdədir, demək ölüm prinsip etibari ilə mövcud deyil. Fizikada öz təsdiqini tapmış başqa bir nəzriyyəyə əsasən zaman nisbi məfhumdur. Biz  Yer kürəsi sakinləri hər gün Günəşin  doğuşunu 8 dəqiqə gec görürük. Yəni əslində  günəşin son şüalarını seyr etdiyimiz anda o artıq 8 dəqiqə öncə batmışdı. Belə nəzriyyəyə əsasən bizdən min işıq ili uzaqda olan  planetlərdə yaşayanlar varsa onlar  yerləşdikləri mövqeyə görə bizim Yer kürəsinin min illərlə öncəsini və ya gələcəyini seyr etmiş ola bilərlər. Məhz elə bu nəzəriyyəyə əsasən də  biz paralel şəkillərdə həyat sürdürmüş ola bilərik.

Xəbər 3718 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR