Slovakiyanın Baş naziri Robert Fitso Rusiya Prezidenti Vladimir Putinlə tərəddüd etmədən danışmağa hazır olduğunu bildirib.
Aktual.az xəbər verir ki, o, bu sözləri "Rossiya-1” telekanalında yayımlanan "60 dəqiqə” proqramına müsahibəsində deyib.
"Mən bir neçə dəfə cənab Prezident Putinlə görüşmüşəm. Hətta baş nazir olanda, prezident olmamışdan əvvəl də onunla görüşümüz olub. Lazım gələrsə, Prezident Putinlə tərəddüd etmədən danışmağa hazıram, bunu kifayət qədər ciddi deyirəm”, - o bildirib.
Xəbər 236 dəfə oxunub.