“Fitch Ratings” Azərbaycan üzrə proqnozunu yenilədi

“Fitch Ratings” Azərbaycan üzrə proqnozunu yenilədi

Dünya reytinq agentlikləri Azərbaycan iqtisadiyyatında müsbət tendensiya müşahidə olunduğunu qeyd edirlər.

Aktual.az  Fins.Az-a istinadən xəbər verir ki, “Fitch Ratings” agentliyi Azərbaycanın suveren reytinqini yeniləyib. ÜDM-nin adam başına düşən həcmi ilə bağlı proqnozunu 2016-cı il üçün 3707 dollardan 3813 dollaradək artırıb. 

2017-ci il üçün göstəriciləri isə 4297 dollardan 4434 dollaradək yüksəldib.

Buna baxmayaraq, ÜDM-in proqnozunu 2016-cı ildə 3,3%-dən 3%-dək aşağı salıb. 2017-ci il üçün +1,5% və 2018-ci ildə +2,1% proqnozları da dəyişilməz olaraq qalıb.

İnflasiya proqnozu da həmçinin aşağı salınıb. “Fitch”in gözləntilərinə görə, bu il istehlak qiymətlərinin indeksi (CPI) bundan öncə gözlənilən kimi 14% yox, məhz 11,5% artıb. CPI proqnozu 2017-ci il üçün 7%-dan 6%-ə enib. 2018-ci il üçün proqnoz isə 3% səviyyəsində saxlanılıb.

Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR