“Fitch” “Azərenerji”nin reytinqini aşağı saldı

“Fitch” “Azərenerji”nin reytinqini aşağı saldı

"Fitch” beynəlxalq reytinq agentliyi "Azərenerji” ASC-nin əvvəlki kimi emitentin uzunmüddətli defolt reytinqini "BB+”, qısamüddətli defolt reytinqini "B”, reytinq üzrə proqnozu isə "neqativ” kimi təsdiq edib. 

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə məlumat "Fitch” agentliyinin hesabatında verilib.

Agentlik "Azərenerji” ASC-nin reytinqini bu səviyyədə təsdiq etməsini şirkətin Azərbaycan hökuməti tərəfindən hüquqi, strateji və əməliyyat dəstəyi ilə əlaqələndirib. Belə ki, "Fitch”in Azərbaycana verdiyi kredit reytinqi də "BB+” və proqnoz "neqativ”dir. 

Hesabatda bildirilir ki, 2015-ci ilin sonuna şirkətin faiz borcları istisna olmaqla vaxtı keçmiş borclarının 91%-nə dövlət tərəfindən zəmanət verilib. 

Borcların 8,5%-lik hissəsinə isə Maliyyə Nazirliyi tərəfindən zəmanətlidir. Agentlik, həmçinin qeyd edir ki, "Azərenerji”yə verilən "neqativ” proqnoz Azərbaycanın müstəqil reytinqinin proqnozunu əks etdirir.
 
Aktual.az  
Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR