Firəngiz Rəhimbəyovanın ölümünü eşidən "Moşu": "Bağışlayın, rayondayam..."

Firəngiz Rəhimbəyovanın ölümünü eşidən

"Firəngiz Rəhimbəyovanın ölümündən xəbərim yoxdur”.
 
Aktual.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Valeh Kərimov (Moşu obrazının ifaçısı) "Bəxt üzüyü” filimində tərəf müqabili olan aktrisa-müğənni Firəngiz Rəhimbəyovanın (Sevda obrazının ifaçısı) ölümündən danışarkən deyib. Həmkarının ölüm xəbərini eşidən aktyor onunla bağlı danışmaq istəmədiyini bildirib:
 
"Allah rəhmət eləsin, indi sizdən eşidirəm. Rayondayam, bağışlayın, danışmağa heç cür imkanım yoxdur”.
 
Qeyd edək ki, müğənni-aktrisa Firəngiz Rəhimbəyova avqustun 16-da 62 yaşında ürəktutmasından dünyasını dəyişib.
 
"Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 
Xəbər 3168 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR