İtaliyanın "Fiorentina" klubu futbolçusu Kuma Babakarı cəzalandıracaq.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, buna seneqallı futbolçunun komandanın baş məşqçisi Paulo Souzaya etiraz etməsi səbəb olub. "Fiorentinanews.com"un məlumatına görə, Babakar Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda baş tutan "Qarabağ" - "Fiorentina" (1:2) oyununda əvəzlənməsinə etiraz edib. Belə ki, 51-ci dəqiqədə yerini Nikola Kaliniçə buraxan 23 yaşlı hücumçu baş məşqiyə etirazını bildirib. O, Souzanın əlini sıxmayaraq birbaşa soyunub-geyinmə otağına yollanıb.
Babakar bu hərəkətinə görə cəzalanacaq.
Aktual.az
Xəbər 722 dəfə oxunub.