Fındığın daha bir faydası üzə çıxdı - Foto

Fındığın daha bir faydası üzə çıxdı - Foto

Fındıqdan müntəzəm istifadə ürək-damar xəstəliklərinin inkişaf riskinin nəzərəçarpan dərəcədə azalmasına kömək edə bilər.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsveç alimləri apardıqları tədqiqatlar çərçivəsində bu qənaətə gəliblər.
Tədqiqatın aparılması üçün alimlər İsveçin 45-83 yaş arası 60 min sakinindən alınan məlumatlardan istifadə ediblər. İştirakçılar öz həyat tərzləri, səhhətləri, həmçinin qida vərdişləri barədə tədqiqatçıları ətraflı məlumatlarla təchiz ediblər. Nəticədə alimlər 2014-cü ilədək - 17 il ərzində iştirakçıların səhhətlərini müşahidə ediblər.
Əldə olunan məlumatların təhlilini aparan tədqiqatçılar belə nəticəyə gəliblər ki, müntəzəm olaraq fındıq istifadə edən insanlarda ürək çatışmazlığı, ürəyin ən böyük arteriyasına xidmət edən klapanın daralması, aorta genişlənməsi və ya insultun yaranma riski 20 faiz aşağı düşür. Ay ərzində fındıqdan bir neçə dəfə istifadə edənlərin ürək qulaqcıqlarının fibrilyasiyasından (aritmiyanın növlərindən biri) uzaq olmaq şansları var. Tibb işçiləri qeyd edirlər ki, fındığın həftəboyu istifadə olunan hər əlavə porsiyası bu xəstəlik riskini 4 faiz aşağı salır.
Tədqiqatçıların sözlərinə görə, fındığın bütün bu faydalı xüsusiyyətləri onun sağlam yağların, mineralların və antioksidantların zəngin mənbə olması ilə bağlıdır ki, bunlar da həm ürək-damar sisteminə, həm də digər orqanlara yaxşı təsir göstərir.
Qeyd edək ki, tədqiqatların nəticələri "Heart” jurnalında dərc edilib.

Xəbər 1559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR