Uzun illərdən sonra Bakıya gələn Rusiyanın xalq artisti Filipp Kirkorov şəhər gəzintisinə çıxıb.
Müğənni Dənizkənarı Milli Parkda, Heydər Əliyev Mərkəzində, İçərişəhərdə olub.
O, qatıldığı “Jara” festivalında Bakıya olan heyranlığından danışıb.
“Neçə ildən sonra yenidən burada sizin üçün oxumağıma şadam” deyə, Filipp bildirib.
Rusiyalı müğənni gəzinti zamanı qarşısına çıxan toy karvanına da qoşulub. O, bəy-gəlinlə foto çəkdirib.
Qeyd edək ki, yazıda festivalın Kirkorov üçün xüsusi əlamət daşıdığı vurğulanıb.
“Çünki Filipp 15 ildir ki, Azərbaycana buraxılmırdı. Keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu onun Bakıya gəlməsinə icazə vermirdi” deyə, yazıda qeyd olunub.(Axşam.az)