Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayevin qətli ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın əməkdaşı hadisənin baş verdiyi ofisdə olub və dəhşətli cinayətin bəzi təfərrüatlarını öyrənib.
Məlum olub ki, Y.Qocayev martın 11-nə keçən gecə dostları ilə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu ərazisindəki şöbəsinin inzibati binasında yeyib-içib. Gecə saat 02 radələrində onlar arasında dava düşüb. Bu zaman Sabirabad sakini olan Elnur Nəhmədov Yalçın Qocayevi döyüb, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirib. Zərbənin təsirindən güclü qanaxma başlayıb. Onlar qanxmanın qarşısını almağa çalışıblar, lakin artıq gec olub.
İlkin məlumatda da həmin şəxslər Yalçın Qocayevin yıxılaraq xəsarət aldığını deyiblər. Lakin sonrakı araşdırmalar nəticəsində şairin oğlunun qəsdən öldürüldüyü məlum olub.
Qonşuluqda yaşayan şəxslər bildiriblər ki, həmin ofisdə tez-tez içki məclisləri təşkil edilirmiş. Ofisdəki çoxsaylı araq butulkaları, kartlar və digər əşyalar da həmin məkanda məclislərin təşkil edildiyini göstərir. Hadisə vaxtı masanın üstündəki araq şüşəsi və digər qidalar, həmçinin qanlı dəsmal hələ də yerində idi.
Bildirilir ki, Y.Qocayevin evi həmin ofisə yaxınlıqda yerləşir və tez-tez bura gəlib-gedir, gecələr kart oynayırlarmış. Onun qeyri-sağlam həyat tərzi keçirən bəzi insanlarla münasibətinin olması atası, xalq şairi Fikrət Qoca ilə münasibətlərinin korlanmasına da səbəb olub.
Yalçın Qocayevin oğlu Lent.az-ın əməkdaşı ilə söhbətində atasının öldürülməsinə inanmadığını, hər şeyin istintaq nəticəsində məlum olacağını deyib: "Fikrət Qoca necə deyirsə, elədir. Hər şey məhkəmədə üzə çıxacaq”.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:
Xəbər 727 dəfə oxunub.