FİFA Yunanıstana ultimatum verib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının ölkə kuboku oyunlarını ləğv etməsinin qəbuledilməz olduğunu bildirən FİFA bu qərarı dəyişdirmək üçün onlara 15 aprelə qədər vaxt verib. Əks halda ölkə millisinin bütün beynəlxalq turnirlərdən uzaqlaşdırıla biləcəyi vurğulanıb.
Qeyd edək ki, Yunanıstan Futbol Federasiyası PAOK ilə "Olimpiakos" arasında keçirilən matçda baş verən hadisələrə görə ölkə kubokunun oyunu ləğv etməyi qərara almışdı.