“40 il çalışdığım FİFA-ya və futbola yazığım gəlir. Bu qurumdakı bütün əməkdaşlara görə təəssüflənirəm”. Aktual.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunu FİFA-nın sabiq prezidenti Yozef Blatter deyib.
Bu gün UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 il müddətinə futboldan kənarlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası onların hər hansı futbol sahəsi ilə məşğul olmasına qadağa qoyub.
Qərara münasibət bildirən Blatter nikbin insan olduğunu açıqlayıb: “İsveçrəli vəkilim Lorentso Erni ilə birgə Etika Komitəsinin tribunalını Mişel Platiniyə ödənişdə qeyri-qanuni heç nə olmadığını inandırdığımızı düşünürəm. Bizim şifahi centlmensayağı razılığımız olmuşdu və bu da DÇ-2018-dən sonraya təsadüf edib. Platini mənə yaxınlaşıb dedi ki, FİFA-da çalışmaq istəyir. Onun xidmətləri də böyük məbləğ tələb edirdi. Mən də cavab verdim ki, ona bütün məbləği birdən deyil, sonra ödəyə bilərik. Bunun mənim və ya FİFA üçün yaxşı gün olduğunu demək tam səhv olardı. Sonuncu dəfə bu otaqda Nelson Mandela əyləşib. Bu DÇ-2010-dan əvvəl olub. O, humanistlikdən danışıb. Məhz bu da insanların bir-birinə hörmət etməli olduğunu deyir. Futbol da humanistliyi inkişaf etdirməlidi. Bu isə DÇ-2010-un şüarı idi”.