FİFA son dünya çempionatından 5,3 mlrd. dollar gəlir əldə edib

FİFA son dünya çempionatından 5,3 mlrd. dollar gəlir əldə edib

FİFA 2018-ci ildə Rusiyada keçirilən Dünya çempionatından 5,3 milyard dollar gəlir əldə edib.

"Report” xəbər verir ki, hesablamalar zamanı 2015-2018-ci illər dövrü nəzərə alınıb.
FİFA-nın bu dövr ərzində ümumi gəliri 6,421 mlrd. dollar təşkil edib.
Bununla yanaşı, təşkilatın maliyyə hesabatında göstərildiyinə görə, FİFA-ya ümumi məbləğin 83 faizini mundialın Rusiyada keçirilməsi qazandırıb.
Beləliklə, 14 iyun – 15 iyul tarixlərində keçirilən DÇ-2018 FİFA tarixində ən gəlirli dünya birinciliyi olub.
Həmçinin təşkilatdan qeyd ediblər ki, Rusiyada keçirilən dünya çempionatı oyunlarında 3 milyondan çox tamaşaçı iştirak edib.
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR