FIFA Türkiyə klubu "Qalatasaray”ın transfer qadağasını ləğv edib.
Aktual.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı ali futbol qurumundan məktub alıb.
"Cim-bom” uruqvaylı futbolçu Lukas Toreyranın keçidi zamanı ilk klubu olan İtaliya "Peskara”sına 18 500 dollarlıq yetişdirmə pulunu gecikdirdiyi üçün müvəqqəti transfer qadağası ilə üzləşib. Həmin məbləğ artıq ödənilib və FIFA dərhal qərarın qüvvədən düşdüyünü bildirib. Bu isə o deməkdir ki, "sarı-qırmızılılar” qış dönəmində transfer edə bilərlər.
Qeyd edək ki, "Qalatasaray” Türkiyə Super Liqasında 18 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir.
Xəbər 188 dəfə oxunub.