​FİFA-nın baş katibi vəzifəsindən azad edildi

​FİFA-nın baş katibi vəzifəsindən azad edildi
  • İDMAN

FİFA-nın baş katibi Jerom Valke vəzifəsindən azad edilib.

Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın Fövqəladə Komitəsi qərar qəbul edib.

Qərar dərhal qüvvəyə minib. Artıq funksionerlə olan əmək müqaviləsi ləğv edilib. Bundan sonra baş katib vəzifəsini Markus Kattner icra edəcək.
Qeyd edək ki, ötən ilin sentyabrında FİFA-dakı rüşvət qalmaqalı ilə əlaqədar Jerom Valke baş katib vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb. Oktyabrda isə Etika Komitəsinin qərarına əsasən, sonradan 45 gün müddətinə də uzadılmasının mümkünlüyü şərti ilə baş katib tutduğu vəzifədən 90 gün müddətinə kənarlaşdırılıb. Yanvarın 7-də isə qurumun Etika Komitəsinin Arbitraj Palatası tərəfindən funksionerə qarşı iş açılıb.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR