FIFA-nın baş katibi Jerom Valke 90 gün ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Bu barədə FIFA-nın Etika komitəsinin arbitraj palatasının qərarında deyilir.
J.Valkenin cəza müddəti 45 gündən artıq olmayaraq artırıla bilər. O bu müddət ərzində futbol fəaliyyəti ilə nə milli, nə də beynəlxalq səviyyədə məşğul ola bilər.
Qərar dərhal qüvvəyə minir.
Qeyd edək ki, FIFA bu gün təşkilatın rəhbəri Yozef Blatteri və FIFA-nın İcraiyyə Komitəsinin üzvü, UEFA prezidenti Mişel Platinini də 90 gün ərzində postlarından uzaqlaşdırıb.\trend