FİFA “Neftçi”yə şad xəbər verdi

FİFA “Neftçi”yə şad xəbər verdi
  • İDMAN

Ötən mövsüm Türkiyənin “Elazığspor” klubunda icarə əsasında çıxış etmiş Cavid İmamverdiyev “Neftçi”nin formasında meydana çıxa biləcək.

“Neftçi”nin AFFA vasitəsilə federasiyanın “Mübahisəli Məsələlərin Həlli Şurası”na ünvanladığı rəsmi müraciətə müsbət cavab verilib.

Belə ki, FİFA futbolçunun “Neftçi”də çıxış edə bilməsi üçün AFFA-ya müvəqqəti qeydiyyat səlahiyyətini verib. Bunun əsasında İmamverdiyev növbəti oyunlarda meydana çıxa biləcək. Müvəqqəti qeydiyyat icazəsi “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxaracağı yekun qərara qədər qüvvədə olacaq.

Xatırladaq ki, Cavid ötən mövsüm icarə əsasında Türkiyənin “Elazığspor” klubunda çıxış etmişdi. Klub futbolçu ilə müqaviləyə erkən xitam haqqında FİFA-ya şikayət edib. Şikayət səbəbindən yarımmüdafiəçinin Bakı təmsilçisində oynamasına maneə yaranıb.

Xəbər 585 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR