FİFA “Neftçi”nin xeyrinə qərar verdi

FİFA “Neftçi”nin xeyrinə qərar verdi
  • İDMAN

Ötən il dekabrın 26-da Rusiyanın “Spartak” klubu “Neftçi”yə məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirərək futbolçunun Bakı təmsilçisi ilə ilk peşəkar müqavilə bağlamasına görə 42,541 avro məbləğində təzminat tələb edib.

Bu il fevralın 19-da Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” klubu tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.

Uzun müddət davam edən prosesə “Neftçi” klubu tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Oktyabrın 13-də FİFA tərəfindən “Neftçi” klubuna daxil olmuş məktubda ali futbol qurumunun Mübahisəli məsələlərin həlli şurası proseslə bağlı “Neftçi” klubunun haqlı olduğunu və “Spartak”ın iddiasının rədd edildiyini bildirib.

Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR