FİFA yaşı 16-dan aşağı olan futbolçuların transferi ilə bağlı İspaniya klublarına xəbərdarlıq edib.
Aktual.az xəbər verir ki, FİFA-nın prezidenti Canni İnfantino 18 yaşından kiçik oyunçuların 3 ildən çox müddətə peşəkar müqavilə imzalaya bilməyəcəklərini və İspaniya klublarının bu qadağaya əməl etmədiklərini bildirib.
O, İspaniya klublarına bu problemi aradan qaldırmaq üçün 2 aydan qısa müddət verib.
Qeyd edək ki, qaydalara əməl etməyən klubların ciddi cəza alacağı bildirilib.
Xəbər 180 dəfə oxunub.