FIFA ilin ən yaxşı futbolçusu adına layiq olan son 3 namizədi açıqlayıb.
"Report" qurumun saytına istinadən xəbər verir ki, siyahıda Portuqaliya millsinin futbolçusu Kriştianu Ronaldu ("Yuventus" İtaliya), Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç ("Real Madrid", İspaniya) və Misir yığmasının oyunçusu Məhəmməd Salah ("Liverpul", İngiltərə) yer alıb.
Ən yaxşı qapıçıların siyahısında yer alan oyunçular Belçika millsindən Tibo Kurtua ("Real Madrid", İspaniya), Fransa yığmasından Uqo Lyoris ("Tottenhem", İngiltərə), Danimarka yığmasından Kasper Şmeyxeldir ("Lester Siti", İngiltərə).
FİFA-nın təqdim etdiyi ən yaxşı 3 məşqçi siyahısında isə Zlatko Daliç (Xorvatiya millisi), Didye Deşam (Fransa millisi) və "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan yer alıb.
Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.
Aktual.az
Xəbər 477 dəfə oxunub.