FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-nə təyin edilib

FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-nə təyin edilib

FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-də keçiriləcək. 

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat təşkilatın saytında dərc olunub.

Məlumata görə, iclasda FİFA-nın yeni prezidentini seçəcək konqresin tarixi müəyyən ediləcək.

Xatırladaq ki, mayın 27-də Sürixdə korrupsiya qalmaqalı ilə bağlı FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs edilib.

İyunun 2-də FİFA prezidenti Yozef Blatter vəzifəsindən istefa verib.

Aktual.az

Xəbər 659 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR