Beynəlxalq Futbol Federasiyası (FİFA) gələn həftənin sonuna qədər bütün futbol matçlarının üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlanması ilə bağlı çağırış edib.
Bu barədə FİFA-nın bütün 211 milli assosiasiyalarına müraciətində deyilir.
"FIFA bütün yarış təşkilatçılarını bu həftə sonu və ondan sonrakı həftə hər futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır”, - deyə FIFA-dan bildirilib.
İngiltərə Premyer Liqası elan edib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları "Futbol Kralı”nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq, bütün oyunçular isə sahəyə qara sarğılarla çıxacaq.//Oxu.az
Xəbər 430 dəfə oxunub.