AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Azərbaycan I Divizionunda mübarizə aparan "Bakı" klubunun 6 xalının silinməsi haqda qərar qəbul edib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna futbolçu Adnan Barakatla bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəb olub.
FİFA yanvarın 11-də AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında qərar qəbul etdiyini bildirib. Nəticədə AFFA-nın İntizam Komitəsi müvafiq addımı atıb.
Qeyd edək ki, Adnan Barakət "Bakı"da 2010-cu ilin yanvarından 2011-ci ilin sonlarınadək çıxış edib.