Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlümjinovu vəzifəsindən kənarlaşdırıb.
"Report” xəbər verir ki, bu barədə FIDE-nin Etika Komissiyası yekdilliklə qərar qəbul edib. İlümjinov Etika Kodeksini pozmaqda günahlandırılır. 56 yaşlı funksionerin səlahiyyətləri bu gündən 18 ay müddətinə müvəqqəti dondurulub. Dərhal kənarlaşdırılma 6 ay - 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə 2 ildən sonra tətbiq olunacaq.
FİFA prezidenti seçkisi bu il oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək. İlümjinov bu vəzifədə 1995-ci ilin noyabrından çalışırdı.
Qeyd edək ki, hazırda ali şahmat qurumunun rəhbəri postuna rusiyalı Arkadi Dvorkoviç əsas namizəddir.
Aktual.az
Xəbər 536 dəfə oxunub.