Fidan Türkiyəyə hücum ehtimalından danışdı

Fidan Türkiyəyə hücum ehtimalından danışdı

Türkiyə müharibənin başlamasını gecikdirdi.
Aktual.az APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O, Türkiyənin müharibənin baş verməməsi üçün mübarizə apardığını qeyd edib:
"Yaradıcı həll yolları da təklif etdik. Hətta müharibənin başlamasını gecikdirdik. Əslində, müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. Bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular. Bu müharibə danışıqların ortasında başladı. İranlılar danışıqların davam etdiyi bir vaxtda müharibənin başlamasını diplomatiyaya xəyanət kimi qiymətləndirirlər. Bundan sonra nə baş verəcəyinə ciddi şəkildə baxmaq lazımdır. Təbii ki, burada hücum edən qüvvələrin niyyətinə diqqət yetirmək lazımdır. Məncə, İsrail və ABŞ İranın gələcəkdə də təhdid yarada biləcək güc olaraq qalmasının qarşısını almağa çalışacaqlar”.
Hakan Fidan İranın Türkiyəyə hücum ehtimalına da münasibət bildirib.
"Türkiyə özünü həmişə qoruyacaq. Bunun üçün lazım olan iradəyə də, potensiala da sahibik. Bunu İran mövzusundan ayrı şəkildə deyirəm”, - Türkiyə XİN rəhbəri əlavə edib.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR