Fidan Hacıyeva Avropada konsert verəcək

Fidan Hacıyeva Avropada konsert verəcək

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva mətbuat konfransı keçirib.

Aktual.az report-a istinadən xəbər verir ki, tədbirdə Üzeyir Hacıbəylinin son tələbələrindən biri olan Ədilə Hüseynzadənin nəvəsi Səbinə Əliyeva və tələbəsi Elnarə Dadaşova da iştirak edib. F.Hacıyeva Ə.Hüseynzadənin əsərlərindən ibarət keçiriləcək konsertləri barədə məlumat verib: "Mayın 6-da Bakıda baş tutacaq ilk konsert 28 May - Respublika Gününə həsr olunub. Növbəti konsertlər isə mayın 16-da Londonda, mayın 23-də İsveçrədə keçiriləcək. Ədilə xanımın əsərləri o qədər gözəldir ki, bütün dünyada tanınmasını istəyirəm. Bu əsərlər fəlsəfə, zəngin melodiya və harmoniyalar üzərində qurulub. Bu romansları hər dəfə oxuyanda özüm üçün yeni kəşflər edirəm. Onun əsərləri sanki bu dövr üçün yazılıb".
Qeyd edək ki, konservatoriyanın vokal şöbəsində Bülbülün sinfində təhsil alan Ədilə Hüseynzadə daha sonra Üzeyir Hacıbəylinin sinfinə qəbul olub. O, simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib.
 
Aktual.az 
Xəbər 1407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR