Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Ukrayna Prezidenti Vladimir Zelenski ilə apardığı danışıqların nəticələri barədə Rusiyanı şəxsən məlumatlandıra bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” etibarlı mənbələrə istinadla məlumat yayıb.
"Türkiyə münaqişədə vasitəçi rolu oynayıb, Ukrayna və Rusiya arasında əvvəlki danışıqları təşkil edib. Məhbus mübadiləsinin mümkünlüyü də daxil olmaqla, müsbət nəticə əldə olunarsa, Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşə heç kimi göndərməyən Moskvaya danışıqların nəticələrini şəxsən məruzə edə bilər”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Türkiyədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək.
Xəbər 43 dəfə oxunub.