Fidan Arakçıya sözünü dedi: Səhv edən Əsəddir!

Fidan Arakçıya sözünü dedi: Səhv edən Əsəddir!
  • DÜNYA

İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olardı.
Aktual.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İran XİN başçısı Abbas Arakçı ilə birgə mətbuat konfransında Suriyada son günlərdə baş verən proseslər haqqında danışarkən deyib.
"Rejimin səmimi formada prosesdə iştirak etməməsi səhv idi. Münaqişələrin səbəbi 13 ildir ki, problemin həll olunmamasıdır. Biz hər zaman Suriyanın ərazi bütövlüyünü dəstəkləmişik. Son hadisələr bir daha göstərir ki, rəsmi Dəməşq öz xalqı və qanuni müxalifətlə kompromis əldə etməlidir. Türkiyə və İranın səyləri Suriya üçün həyati əhəmiyyət kəsb edir. Yeni Astana prosesi həyata keçiriləcək. Astana prosesi ilə vətəndaş müharibəsinin dayandırılması çox mühüm uğur idi, bu prosesdə Türkiyə, Rusiya və İranın böyük payı var”, - Fidan bildirib.
Qeyd edək ki, Arakçı Bəşər Əsədlə görüşəndən sonra Dəməşqdən birbaşa Ankaraya gedib.
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR