Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci ilin noyabr ayında müvafiq texnika və avadanlıqlar cəlb edilməklə nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.
FHN-dən verilən məlumata görə, komanda-qərargah təlimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində baş tutacaq.
Hazırda göstərilən ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.