FHN: Ötən sutka 43 yanğına çıxış olub, 10 nəfər xilas edilib

FHN: Ötən sutka 43 yanğına çıxış olub, 10 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 10 nəfər xilas edilib.
Bu barədə Aktual.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 10 nəfər xilas edilib, 1 nəfərin meyiti təhvil verilib.


Xəbər 213 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR