Kür çayına düşmüş azyaşlı xilas edilib.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında (ən yaxınlıqdakı məntəqədən 15 km aralıda nəzarətsiz ərazidə) 1 azyaşlının qayıqdan suya sürüşüb düşməsi barədə məlumat daxil olub.
Azyaşlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicisi tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 12:45-də başa çatıb.