Bakıda bir nəfər hündürmərtəbəli binaya çıxaraq intihara cəhd edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Binəqədi rayonunda 1 nəfərin intihar məqsədi ilə tikilməkdə olan binanın üstünə çıxması barədə məlumat daxil olub.
Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən yayınıb.