FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi "Liftdə köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi” mövzusunda təlim keçirib.
Bu barədə Aktual.az-a FHN-in Mətbuiat Xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində məqsəd hündürmərtəbəli yaşayış binalarında liftdə qalmış zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə əməliyyatı zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq baş vermiş qəza ilə əlaqədar "hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə liftdəki "zərərçəkmişləri” xilas ediblər.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR